"Çalışacağıq ki, yeni binamızda ədalətli qərarlar qəbul edək" - Kamran Əliyev
    • 11-02-2021, 10:24
    • 372

"Çalışacağıq ki, yeni binamızda ədalətli qərarlar qəbul edək" - Kamran Əliyev

"Prokurorluq işçiləri olaraq çalışacağıq ki, yeni binamızda bizə göstərilən etimadı qoruyaq və ədalətli qərarlar qəbul edək".

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Qeyd edək ki, fevralın 11-də paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən media-tur təşkil edilib.