-
- 11-02-2021, 13:37
- 669
V-IX siniflərdə əyani tədrisin bərpasına hazırlıq görülür
Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində əyani tədris qismən bərpa olunacaq.
İdarədən News24.az-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin təşkili nəzərdə tutulur. Bununla bağlı ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri həyata keçirilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə isə 1 845 nəfər təhsil alır.
Qeyd edək ki, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.