"Sadakatsiz"in Dəryası ana OLDU
    • 12-02-2021, 10:43
    • 606

"Sadakatsiz"in Dəryası ana OLDU

​​​​Türkiyənin məşhur aktrisası Özge Özderindən yeni xəbər var.

News24.az xəbər verir ki, o, ana olub. 

42 yaşlı sənətçi "Qucağımızdasan artıq. Xoş gəldin Ay qızım" sözlərini yazaraq, sosial şəbəkə hesabında paylaşım edib. Özge Luna adı verdiyi körpəsinin səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Özder hazırda reytinqli layihələrdən olan "Sadakatsiz" serialında həkim Dərya obrazını canlandırır.

Sevda Bayramova