Əmisinin gəlinini qaçırdığı üçün döyülərək öldürülən şəxs haqda — YENİ MƏLUMATLAR
    • 22-10-2018, 12:46
    • 2 542

Əmisinin gəlinini qaçırdığı üçün döyülərək öldürülən şəxs haqda — YENİ MƏLUMATLAR

"Aynurla Elşad arasında hansısa münasibətin olmağına dair heç bir məlumatımız olmayıb. Kənd camaatı da onların münasibətdə olmasından şübhələnməyiblər".
Bu fikirləri Quba rayon Tükəkaran icra nümayəndəliyinin sədri Elxan Məmmədhüseynov səsləndirib. İcra nümayəndəsi bildirib ki, sözügedən şəxslərin hər ikisi rayonun Tülər kəndindəndirlər:
"Əsədova Aynur Sadıq qızı 1993-cü il, Əsədov Elşad Yaqut oğlu 1992-ci il təvəllüdlüdür. Gəlinin həyat yoldaşı  Əsədov Şahmar Nəbi oğlu 1986-ci il təvəllüdlüdür. Əsədov Elşad Qubada yaşamırdı, Bakıda kafelərdə çalışırdı. Gəlinin yoldaşı isə təsərrüfatla məşğuldur. Aynurun Şahmarla nikahından iki övladı var. Elşad Əsədov isə evli olmayıb, subay idi. Heç vaxt bu iki şəxs arasında hansısa münasibət hiss etməmişik. Aynurun harda olduğu bilinmir, yoldaşı isə kənddədir". 
Qeyd edək ki, "Report"un yaydığı xəbərdə bildirilir ki, Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər.
Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

//Ölkə.Az