-
- 12-02-2021, 22:03
- 678
"O, xoşbəxt aparıcıdır" - Tanınmışlar Nanəni BELƏ TƏBRİK ETDİLƏR
Bu gün tanınmış aparıcı Nanə Ağamalıyevanın doğum günüdür.
News24.az xəbər verir ki, yeni yaşına qədəm qoyan aparıcını Xalq artistləri təbrik ediblər.
Xalq artisti Nəzakət Teymurova Nanə Ağamalıyevaya ürək sözlərini belə ifadə edib: “Nanə Azərbaycan milli musiqimizin, bəstəkar və xalq mahnılarımızın keşiyində duran aparıcımızdır. Musiqmizin təbliğatı ilə məşğuldur. O bütün layihələrini milli və xalq musiqiləri üzərində qurur. Buna görə ona təşəkkür edirəm. Bu özəl gündə ona sənətində uğurlar arzulayıram”.
Xalq artisti Aygün Bayramova teleaparıcını radioda fəaliyyəti göstərdiyi dövrdən tanıdığını deyib: “Nanəni illər əvvəl, radioda fəaliyyət göstərdiyi vaxtdan tanımışam. Sözün əsl mənasında musiqiyə qiymət verməyi bacaran bir xanımdır. Yadımdadır ki, radioda işlədiyi zamanlar həmişə “yeni mahnınız olan kimi ilk bizə gətirin” deyirdi”. Sonra televiziyaya keçdi və bir sıra uğurlu verilişlərin müəllifi oldu. Hansı işə qol qoydusa, hamısında tamaşaçı sevgisi qazandı. Hazırda ərsəyə gətirdiyi “Nanəli” proqramını da hər kəs çox sevir. Çünki illərlə oxunmayan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları məhz orada səslənir. Çünki onun musiqiyə fərqli yanaşması var. Kimin necə ifa etdiyini çox gözəl bilir. Bizim televiziyalarımızın belə musuqini gözəl duyan, hiss edən insanlara çox ehtiyacı var. bu baxımdan Nanə özünə layiq bir yer tutub. Mən də onu ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Qoy yeni yaşı ona daha böyük uğurlar, daha böyük sevinclər nəsib eləsin".
"Ona uğur və xoşbəxtlik arzu edirəm. Nanə buna layiqdir. Üzü hər zaman gülsün. Yeni yaşı mübarık olsun”. Bu kəlmələri də Xalq artisti Mənsum İbrahimov aparıcını təbrik edərkən dilə gətirdi: “Nanə xanımı uzun illərdir tanıyıram. Hələ radio verilişlərində aparıcı olan zaman muğamlarımıza çox yer verirdi. Tələbərimlə tez-tez verilişində qonaq olurduq. O vaxtdan münasibətimiz yaranıb. Televiziyaya gələndən sonra isə sıx əməkdaşlıq elədik. Onu başqalarından fərqləndirən cəhəti Azərbaycan musiqisinə bağlılğı, onu dərindən bilməsidir. Korifeylərimizə, musiqi ustadlarımızın xatirəsinə sayğısıdır. Məhz bu cəhətinə görə bütün sənət adamlarının da ona böyük hörməti və sevgisi var. Bu mənada Nanə xanım xoşbəxt aparıcıdır. Onu doğum günü münasibəti ilə mən də ürəkdən təbrik edirəm. Həyatda hər şey ürəyincə olsun".