"Ağzını çox açıb" - XANƏNDƏ TƏNQİD ELƏDİ - VİDEO
    • 19-02-2021, 13:02
    • 661

"Ağzını çox açıb" - XANƏNDƏ TƏNQİD ELƏDİ - VİDEO

Tanınmış xanəndə Səbinə Ərəbli müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgimin efirdə muğam oxumasını tənqid edib.

News24.az xəbər verir ki, sənətçi "Həmin Zaur" verilişində bununla bağlı danışıb: "Yazmışdım ki, yaxşı görünmür. Onu bir az öyrədib, sonra efirə çıxartmalı idilər. Ola bilər uşağın yaxşı səsi var. Amma bir xanəndə kimi görünüş xoşuma gəlmir. Ağzını çox açıb. Onu müəllim yanına aparıb bir az öyrətmək lazımdır".

Qeyd edək ki, Sevgim ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində muğam oxuyub və onun görüntüsü sosial şəbəkədə tənqid edilib.

Sevda Bayramova