-
- 19-02-2021, 14:26
- 502
"Tədris o qədər bərbaddır ki..." - İxtisas qrupları ilə bağlı AÇIQLAMA
Dünən Dövlət İmtahan Mərkəzi (DİM) “Ali təhsil haqqında” qanun layihəsində ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sisteminin (buraxılış və qəbul imtahanlarının birləşdirilməsi) yaradılmasının nəzərdə tutulmasına münasibət bildirib.
Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul qaydalarında 2019-cu ildə edilmiş dəyişikliklərə əsasən, buraxılış imtahanlarının nəticələri həm kolleclər, həm də ali məktəblərə qəbulda nəzərə alınır.
DİM nəzərə çatdırıb ki, abituriyentlər ümumilikdə toplanıla bilən 700 balın 300 balını buraxılış imtahanlarında əldə edə bilərlər: “Qəbul imtahanlarının ikinci mərhələsi isə bizə daha bilikli və hazırlıqlı abituriyentləri bir-birindən fərqləndirməyə imkan verir”.
News24.az vahid qiymətləndirmə sisteminin mahiyyəti və effektli olub-olmayacağı barədə təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.
O bildirib ki, Azərbaycan təhsil sistemində qismən vahid imtahan modeli var: “Amma bunu bütün ixtisaslara şamil etmək yanlışdır. Hazırda imtahanlar iki mərhələdə həyata keçirilir. Birinci mərhələ cari ilin məzunları üçün buraxılış imtahanıdır. Burada abituriyentlər 0-300 bal arası nəticə toplaya bilirlər. Bu imtahanın nəticələri ilə onlar V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin qabiliyyət tələb edən peşə ixtisaslarını seçə bilirlər. Eyni zamanda, onlar orta ixtisas təhsil müəssisələrinə qəbul ola bilirlər. Digərləri isə ixtisas qrupları üzrə “blok” adlandırdığımız imtahanlardır. Yəni bizim abituriyentlər I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul zamanı həmin ixtisas qrupuna aid olan spesifik fənnlərdən imtahan verməlidir”.
Vahid imtahan modelinin dünya və Azərbaycan təcrübəsinə baxaq. Dünya təcrübəsində orta ümumtəhsil məktəblərində təhsil o qədər keyfiyyətlidir ki, orada məzunlar lazımi biliklərə yiyələniblər. Amma bu gün Azərbaycanda orta ümumtəhsil məktəblərində tədris o qədər bərbaddır ki, abituriyentləri ixtisas qrupları üzrə bölməsək, ali məktəbə qəbulda ümumiyyətlə heç nə bilməyəcəklər. Öz ixtisas qrupu üzrə hazırlaşan abituriyent belə 150-200 bal yığıb, universitetə gedir. Vahid imtahan modelində abituriyent yalnız bir imtahan verir. Azərbaycan dili, riyaziyyat və xarici dil. Bu üç fənndən imtahan verən şəxs kimya və ya fizika müəllimi, yaxud da həkim necə ola bilər? Vahid imtahanda abituriyent 8 fənndən imtahan verməlidir. Tarix və ya riyaziyyata gedən uşaq biologiyadan niyə imtahan verir? Bu sual düşündürücüdür”.
Ekspertin fikrincə, Hazırda Azərbaycanda imtahan modeli keçirilməsinə görə idealdır: “Sadəcə, müəyyən təkmilləşdirmələrə ehtiyac var. Tibbə gedən insan Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verir. Daha sonra isə tibb üzrə təhsil alır. Onun kimya, biologiya və fizikadan xəbəri olmur. Əvvəllər isə belə idi ki, IV ixtisas qrupunda ali məktəblərə qəbul ola bilməyənlər və ya istədiyi ixtisasa qəbul olmayanlar kolleclərə üz tuturdu. Yəni müəyyən qədər bu fənnlərdən xəbərləri var idi. Azərbaycanda tam vahid imtahan modeli o vaxt ola bilər ki, ölkənin ümumi 4 447 məktəbində keyfiyyətli təhsil olsun. Uşaqlar isə orta məktəblərdə zəruri bilikləri öyrənirlər. İndiki fonda isə hesab edirəm ki, effektiv deyil və olmayacaq. Ölkəmizdə V ixtisas qrupu üzrə ali məktəbə və orta ixtisas təhsil müəssisənə vahid imtahanla qəbul olmaq mümkündür. Bu isə yetərlidir”.