Bakı şəhərdində ictimai nəqliyyatla bağlı maraqlı statistika
    • 22-10-2018, 17:50
    • 766

Bakı şəhərdində ictimai nəqliyyatla bağlı maraqlı statistika

Rəsmi məlumata görə, Bakı şəhərində ictimai nəqliyyatla orta hesabla hər gün 2.6 mln. nəfər sərnişin daşınır. Bunun cəmi 24%-i və ya 626 mini metronun, yerdə qalanı isə avtomobil nəqliyyatının (avtobus və taksi) payına düşür. Şanlı məmurlarımız tramvay və trolleybusları tarixin arxivinə göndərdiyi üçün statistikada onların qarşısnda "0" yazılıb. Bu məlumatı sosial şəbəkədəki hesabında iqtisadçı alim Rövşən Ağayev paylaşıb.
Maraqlı olan nədir? 2000-ci ildə metronun Bakının sərnişin daşımasındakı payı 27% olub. Yəni 18 il ərzində bunun artması şəhərdə tıxacın azalması baxımından həyati önəmli olduğu halda, amma baş verməyib - əksinə 3% azlma olub. Nədən? Çünki infrastruktura, ələlxüsus qara yollara milyardlar xərclənərkən metro tikintisinə barmaqarası baxılıb. Bunu rəsmi rəqəmlər də təsdiqləyir. 2000-2018-ci ilərdə Bakının metro xətlərinin uzunluğu cəmi 8 km artıb - ildə orta hesabla 450 metr. Bir stansiyanı tikmək üçün bəzən 10 il də bəs etmir ("Papanin" nümunəsi). 
Şəhərsalma sahəsində yaxşı beynəlxalq təcrübələrdən bir misal gətirim. Peşəkar və uzunmüddətıi şəhərsalma planları olan iri şəhərlərdə, xüsusilə də meqapolislərdə starteji hədəf belə müəyyənləşdirilir: metro stansiyalarının dislokasiyası elə təşkil edilməlidir ki, şəhərin istənilən nöqtəsində sakinlər maksimim 1 km və ya piyada 5-7 dəqiqə sərf etməklə metro stansiyasına çata bilsinlər. Bizdə metro stansiyası nədir, heç avtobus dayanacaqlarının normal dislokasiyası yoxdur. Xüsusilə də son illər sürətlə böyüyən şəhərətrafında insanlar yaxın 1 km-də avtodayanacaq tapa bilmirlər.
Bu yazdığım peşəkarlıq və yüksək təcrübə tələb edən yanaşmanın məhsuludur, uzun müddət hökumət olmağın yox...