Həyat yoldaşı Hüseynə övladları ilə görüşməyə QADAĞA QOYDU
    • 22-02-2021, 12:42
    • 763

Həyat yoldaşı Hüseynə övladları ilə görüşməyə QADAĞA QOYDU

"Öz istəyimlə birinci həyat yoldaşımdan boşanmadım. Bunu mənə məcbur etdilər. Zorla məni məhkəməyə gətizdirib sənədləri imzalatdırdılar".

News24.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "ATV maqazin onlarla" verilişində deyib.

O, bildirib ki, hazırda övladları ilə görüşmür: "İki qızım var, amma heç birini görə bilmirəm. Hər gün yanlarına gedərdim, amma alınmır. Anaları görüşməyimizə qadağa qoyub. Hətta qızlarımın telefonlarında "blok"dayam. Heç istəməzdim ki, belə olsun, amma inanıram ki, onlar böyüyəndən sonra hər şeyi çox yaxşı başadüşəcəklər".

Sevda Bayramova