-
- 22-06-2018, 17:51
- 4 225
Prezident sərəncam verdi - 9 milyon pul ayrıldı
Prezident İlham Əliyev Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon (səkkiz milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
//Qafqazinfo.az