-
- 24-02-2021, 16:50
- 557
"Paşinyanın bəyanatı Rusiyanı narazı salacaq” - POLİTOLOQ
Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə edilməməsi barədə ittihamlarına cavab verib. Sensasion fikirlər səsləndirən Paşinyan Ermənistanın Azərbaycana qarşı "İsgəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib. “Qoy sual verilsin ki, "İsgəndər" raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb?", - deyə Paşinyan vurğulayıb.
Ortaya maraqlı sual çıxır: Ermənistanın baş naziri Nikol Paşinyan bu açıqlaması ilə Rusiyaya hansısa mesajlar verirmi?
News24.az bu sualla bağlı millət vəkili, politoloq Elman Nəsirovun fikirlərini öyrənib.
O bildirib ki, Nikol Paşinyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan üçün bir nömrəli düşməndır: “Elə Paşinyan da özünün bir nömrəli düşməni kimi Sarksiyan və onun sələfi Köçəryanı görür. Onlar bir-birini hər an qətlə yetirməyə hazırdılar. Bir-birlərini gözdən salmaq üçün istənilən vasitədən istifadə edirlər. Hazırda qəribə proseslər baş verir Paşinyanı hər zaman Sorosun adamı hesab ediblər. Qəribəlik isə ondadır ki, Soros hazırda Köçəryanı və Sarkisyanı müdafiə edir. Köçəryan və Sarkisyan daha çox Sorosdan dəstək almağa başlayıb, nəinki Rusiyadan. Onların Rusiya ilə bağlı ümidləri puça çıxdı. Çünki gördülər ki, indiki situasiyada Kreml birmənalı şəkildə Paşinyanı müdafiə edir. Paşinyanın daha çox Rusiyayönümlü fikirlər səsləndirdiyi diqqətdən yayınmırdı. Ancaq onun “İsgəndər”lə bağlı Sarkisyanın ittihamına verdiyi cavab Rusiyanın güvəndiyi raketin keyfiyyətli olmasına böyük kölgə salır. Bu bəyanat Rusiyanın hərbi sənaye kompleksini narazı salacaq”.
Politoloq bildirib ki, Paşinyanin “İsgəndər” raketi ilə bağlı dediyi fikirlər daha çox Sarkisyanın sözlərinə cavab anlamındadır: “Bu nöqteyi-nəzərdən Ermənistan baş nazirinin fikirlərini tam anti-Rusiya mövqeyi kimi qiymətləndirmək doğru olmaz. Paşinyan bu gün çox gözəl dərk edir ki, müxalifətin bir nömrəli planı onu hakimiyyətdən devirməkdir. Onun hakimiyyətdən devrilməyinin qarşısını alan sədd Rusiyadır. Rusiya da yaxşı anlayır ki, 10 noyabr sənədini məhz Paşinyan imzalayıb və məsuliyyətini də o daşıyır. Paşinyanın yerinə gəlmək istəyən revanşistlər isə özlərini Rusiyapərəst qüvvə kimi təqdim edirlər. Onlar gələcəkdə Rusiyadan xahiş edə bilərlər ki, anti-Azərbaycan addımları atsın. Bu isə Rusiyanın maraqlarına zidd məsələdir və ona lazım deyil. Rəsmi Moskvanın özü Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Putin deyəndə ki, Paşinyan satqın deyil və erməni xalqına münasibətdə xəyanət etməyib, artıq detallar aydın oldu. Deməli, Putin özü Paşinyanı müdafiə edir. Revanşistlər də bunu gözəl bildikləri üçün Sorosdan dəstək almağa başlayıblar. Paşinyan bu vəziyyəti yaxşı dərk edir. Onun “İsgəndər” raketi ilə bağlı səsləndirdiyi fikirlər zənnimcə, situasiyanın təsiri altında deyilən məsələdir və özünümüdafiə baxımından atılan bir addımdır”.
Siyasət şöbəsi