-
- 24-02-2021, 20:54
- 489
“Bölgədə Türkiyə və Azərbaycan əsas aktorlardır”- ŞƏRH
Bu gün Ankarada Türkiyə-Azərbaycan - Türkmənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə ölkələrarası münasibətlər, regional məsələlər və əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar ikitərəfli və üçlü formatda müzakirə edilib.
Xarici işlər nazirlərinin üçtərəfli görüşünü News24.az-a şərh edən politoloq Şəbnəm Həsənova bildirib ki, bu gün Cənubi Qafqazda sülh və bölgənin inkişafı üçün olduqca geniş imkanlar yaranıb: “Bu istiqamətdə istər Azərbaycanın, istərsə də Türkiyənin çağırışları olduqca müsbət yöndədir. Ermənistan da bu çağırışlara adekvat cavab versə, sabitlik və iqtisadi inkişafdan ən çox yararlanan tərəflərdən biri olacaq.
Müharibəyə qədər və müharibə dövründə Türkiyə Azərbaycanın yanında olduğu kimi, bundan sonra da bölgənin inkişafı üçün rəsmi Bakıya dəstək verəcəyini dəfələrlə bəyan edib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə baş tutan üçtərəfli görüş zamanı da bölgədə yaranmış yeni geosiyasi mənzərənin gətirdiyi reallıqlar fonunda gələcəyə doğru istiqamətlənmiş bəzi məsələlər müzakirə olunub”.
Görüşdə həmçinin 44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edildi”.
Politoloq bildirib ki, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi həyata keçiriləcək: “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla mətbuat konfransı zamanı Türkiyənin də Türkmənistan neft və qazının bu ölkə vasitəsilə Avropaya nəqli üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib. Bu da yeni imkan və perspektivlər vəd edir. Bundan əlavə, bu il fevralın 19-da Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında 53 yeni fəaliyyət bəndinin qəbul edilməsi Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir”.
Şəbnəm Həsənova vurğulayıb ki, Bakıda keçirilən ötən il dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri birgə mətbuat konfransında regionun yeni geosiyasi mənzərəsinin formalaşdırılacağı ilə bağlı aydın siqnallar səsləndiriblər: “Bunun ardınca atılan addımlar sübut etdi ki, bölgədə əsas aktor qismində Türkiyə və Azərbaycan çıxış edir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil xarici siyasət yürüdən və getdikcə güclənən önəmli bir aktordur. Eyni zamanda, Ərdoğanın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılıması bölgədə sülhün dayanıqlı olmasını təmin edəcək. Əgər sülh bərqərar olarsa, bundan sonra bölgənin inkişafı əsas məqsəd olmalıdır ki, burada yaşayan bütün xalqların həyat şəraiti daha da yaxşılaşsın”.
Politoloq bildirib ki, bölgədə ənənəvi olaraq Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyi mövcuddur. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistanın da daxil olduğu altılı platforma yarana bilər. Çünki Türkiyə bildirib ki, Ermənistan müsbət addımlar atdığı təqdirdə Türkiyə də onunla sərhədlərini aça bilər. Azərbaycan da buna müsbət cavab verir. Belə ki, əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə, o zaman onların da bu platformada yeri ola bilər. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir ”.
Məhərrəm ƏLİYEV