Rübabə Muradovanın qızı vəfat etdi
    • 26-02-2021, 17:51
    • 687

Rübabə Muradovanın qızı vəfat etdi

Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib. 

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. 

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı var.