-
- 23-10-2018, 13:25
- 1 507
Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək
Bu il oktyabrın 25-26-da VI Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov iştirak ediblər.
İ.Hümbətov bildirib ki, bu gündən etibarən qonaqlar gəlməyə başlayacaq: "Bunlar arasında həm xarici media nümayəndələri, həm də nüfuzlu şəxslər olacaq. Bu məqsədlə konfransın keçirilməsini zəruri hesab etdik".
V.Eyvazzadə deyib ki, budəfəki forum xüsusi şüarı ilə fərqlənir: "Bu şüar "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunu əhatə edir və mövzu ətrafında forumda müxtəlif plenar sessiyalar, eyni zamanda işçi sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan inkişafı və insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Ümumilikdə, mindən çox iştirakçı bu prosesdə iştirak edəcək. Mədəniyyət Nazirliyi, Prezident Administrasiyanın dəstəyi ilə digər qurumlarla birlikdə proqram tərtib olunub və tədbir keçirilir".
Qeyd edək ki, Forumda 97 ölkədən 581 nəfər və 24 beynəlxalq təşkilat iştirak edəcək.
Xatırladaq ki, Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə keçirilir. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.