Martda 14 gün evdəyik - TƏQVİM
    • 1-03-2021, 13:33
    • 699

Martda 14 gün evdəyik - TƏQVİM

Azərbaycanda mart ayında 14 gün qeyri-iş günü olacaq.

News24.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə 8 Mart – Qadınlar günü bayram kimi qeyd edildiyi üçün iş olmayacaq.

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart tarixləri də qeyri-iş günü hesab edilir. Əmək Məcəlləsinə əsasən martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26- sı da bayram günü hesab olunur. Martın 27-si və 28- i isə həftəsonuna təsadüf edir.

Beləliklə, bu ay şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq.