Fransadakı erməni diasporu Paşinyanın tərəfinə keçdi?
    • 1-03-2021, 14:16
    • 274

Fransadakı erməni diasporu Paşinyanın tərəfinə keçdi?

Fransadakı erməni diasporunun liderlərindən biri olan Samson Özararat İrəvana gəlib.

Bu məlumatı “Mediaport” Teleqram kanalı yayıb. Özararat İrəvandakı otellərdən birində Mənim Addımım Blokunun üzvü, parlamentin xarici siyasət komissiyasının sədr müavini Ovannes İgidyanla görüşüb.

Hökumətə yaxın kanallar isə Özararatın İrəvanda olması informasiyasını təkzib ediblər və bunun provokasiya olduğunu bildiriblər.
Qeyd edək ki, Samson Özararat əslən Türkiyədəndir. O, 1980-ci illərdə Türkiyəni tərk edib. Fransız qadınla evləndikdən sonra Fransa vətəndaşlığı alıb. Özararat Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində əsas lobbiçilik edən şəxs olub. /Axar.az/