-
- 13-07-2018, 13:56
- 1 482
Adnan Oktarın müridləri niyə bir-birlərinə bənzəyirlər?
Adnan Oktara məxsus "A9" TV kanalında daima saxta din hocası və müridləri canlı yayımlara çıxırdılar. Adnan Oktarı efirdə həmişə bir-birinə bənzəyən gözəl "kedicikleri" və müridləri müşayət edirdi.
Proqram boyunca hocalarına ehtiraslı bir şəkildə sevgilərini bəyan edən, onunla üz-üzə dayanıb rəqs edən bu xanımlar bədən quruluşları və makiyajları ilə də eyni olurdular. Həmçinin, efirə çıxan bütün gənc kişilər də eyni saç düzümündə, sürməli gözlü olmaları ilə diqqət çəkirdilər. Bunu bir çoxları Adnan Oktarın incə belli, böyük sinəli xanımlardan xoşlanıb onları plastik əməliyyat etdirməsi ilə əlaqələndirir.
Düzdür, bu xanımlar hamısı plastik cərrahın əlindən keçiblər. Lakin, onların efirə çıxarkən bir-birlərinə bənzədilmələrinin başqa səbəbi var. Adnan Oktar hər zaman özünü müasir dövrün Mehdisi adlandırır. İctimaiyyətin də bunu qəbul etməsi üçün çoxlu dəlillər təqdim edirdi.
Əfsanəyə görə, Həzrəti Mehdi Zühur edərkən ətrafında eynilə bir-birinə bənzəyən 72 müridi olacaq.
Adnan Oktarın da ətrafında bir- birlərinə bənzəyən yaraşıqlı oğlan və qızları saxlamasının səbəbi budur.
İlhamə
News24.az