-
- 3-03-2021, 11:33
- 662
"Xərçəng olduğunu sonadək bilmədi" - Hacı Nuran Vahidə Sadıqovadan DANIŞDI
Teleaparıcı Hacı Nuran Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqovanın vəfat etməsindən danışıb.
Hacı Nuran News24.az-a açıqlamasında Vahidə Sadıqovanın onu mənəvi oğlu qəbul etdiyini deyib:
"Çox yaxşı insan idi. Mənim təkidim ilə xəstəxanaya yerləşdirdik. Bir ay idi ki, xəstəxanada idi və müalicə alırdı. Səhhəti çox yaxşı olub, gümrah insan idi. Birdən-birə halı pisləşdi. Uşaqlıqdan pərəstiş etdiyimiz diktor idi. Mən onların mənəvi oğlu sayılıram. Bu günə qədər onun qəlbində oğul kimi idim. Ona dedim ki, xəstəxanaya gedək və müayinələrdən keçin. Görək ki, səhhətinizdə nə probleminiz var. Vahidə xanım dedi ki, yalnız Hacı Nuran məni xəstəxanaya aparsa razı olaram. Xəstəxanaya getdik, müayiənədən keçirdik. Xərçəng xəstəsi olmasını bilmirdi. Son sözü isə o oldu ki, sağalacam və məni Hacı Nuran xəstəxanadan çıxaracaq. Xəstəxanada qalmaq istəmirdi. Hər zaman Fəxrəddin müəllimə dəstək olurdu və onu çox sevirdi. Danışmaq çox çətindir. Böyük bir itkidir".
Qeyd edək ki, Vahidə Sadıqova bu gün səhər saatlarında xərçəng xəstəliyindən vəfat edib.
Sevda Bayramova