Şagirdlər arasında onlayn respublika kuboku keçiriləcək
    • 3-03-2021, 12:29
    • 281

Şagirdlər arasında onlayn respublika kuboku keçiriləcək

Martın 14-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində VI-IX sinif şagirdləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə onlayn respublika kuboku keçiriləcək.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycanın bütün bölgələrini əhatə edən yarış iki mərhələdən ibarətdir. Birinci zona seçimi mərhələsində uğur qazanan komandalar final mərhələsində iştirak hüququ əldə edəcək. Birinci mərhələdə iştirak üçün 500-ə yaxın komanda müraciət edib. Müraciət edənlər sırasında Gəncə-Qazax məktəbliləri çoxluq (150 müraciət) təşkil edir.

Yekunda qaliblər kubok, medal və hədiyyələrlə təltif ediləcək.

Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə keçirilir.