DİN-dən xoşagəlməz rəylə bağlı münasibət: MONTAJDIR
    • 3-03-2021, 14:03
    • 579

DİN-dən xoşagəlməz rəylə bağlı münasibət: MONTAJDIR

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan foto montajdır.

Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.