Qazimizin görmə qabiliyyəti bərpa edildi
    • 3-03-2021, 17:03
    • 519

Qazimizin görmə qabiliyyəti bərpa edildi

Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. 

"YAŞAT" Fondundan News24.az-a verilən məlumata görə, israilli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

Onun gözünün içərisinə okulyar bir linza yerləşdirilib və  israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi)  köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi.

Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.

Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaqdır.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.