Bakıda külək məktəbin dam örtüyünü uçurdu - FOTO
    • 7-03-2021, 11:36
    • 414

Bakıda külək məktəbin dam örtüyünü uçurdu - FOTO

Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bu barədə News24.az-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar mütəxəsislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.
İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.