SON DƏQİQƏ: Güclü külək daha bir  məktəbin dam örtüyünü UÇURDU
    • 7-03-2021, 13:57
    • 447

SON DƏQİQƏ: Güclü külək daha bir məktəbin dam örtüyünü UÇURDU

Bakıda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Bu barədə News24.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.