-
- 9-03-2021, 16:35
- 451
İraqda həbsxanada və uşaq evlərində olan 248 azərbaycanlı uşaq ölkəyə gətirildi
İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası istiqamətində ölkə rəhbərliyinin tapşırığı ilə 2017-ci ildən başlanılmış təxliyə prosesi 2020-ci ildə də davam etdirilib.
News24.az APA-ya istinadən xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
“Bu yöndə İraq hökuməti ilə aparılmış davamlı işin nəticəsi olaraq, İraq həbsxanalarında, uşaq evlərində yaşayan ümumilikdə 2018-ci ildən hesabat dövrünün sonunadək 248 nəfər azyaşlı (yalnız 2020-ci ildə isə 194 nəfər azyaşlı) Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar ölkəmizə repatriasiya edilərək, müvafiq reabilitasiyadan sonra ölkəmizdəki yaxınlarının himayəsinə verilib”, - deyə hesabatda qeyd olunub.