Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğuldu
    • 9-03-2021, 18:13
    • 511

Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğuldu

Sumqayıt sakini yeni köçdüyü evdə dəm qazından boğulub.

Hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən həyət evlərindən birində baş verib. 

Belə ki, 1995-ci il təvəllüdlü  Məmmədov Bəhruz Bəhram oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. 26 yaşlı gənc 5 gün imiş ki, həmin evə köçübmüş.

Faktla bağlı araşdırma aparılır. /APA/