Azərbaycan İndoneziyaya humanitar yardım göstərdi
    • 9-03-2021, 18:59
    • 341

Azərbaycan İndoneziyaya humanitar yardım göstərdi

15 yanvar 2021-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə İndoneziyaya 50 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

"İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göstərilmiş humanitar yardıma görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlıq bildirilib. Məlum olduğu kimi, 2021-ci ilin 15 yanvar tarixində İndoneziyanın Sulavesi adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə baş vermiş zəlzələ 27 nəfərin ölümünə, 600 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın evə ziyan dəyib, 10 yaşayış evi isə tamamilə dağılıb", - XİN-in məlumatında bildirilib.