-
- 10-03-2021, 09:50
- 511
Ermənistan Baş Qərargahının rəhbəri işdən çıxarıldı - Paşinyan bəyanat yaydı
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib.
News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın yaydığı bəyanatda bildirilib.
Məlumatda qeyd edilib ki, O.Qasparyanın vəzifəsindən azad edilməsi, bununla bağlı fərmanın vaxtında ölkə prezidenti Armen Sarkisyan tərəfindən imzalanmaması və eyni zamanda Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün baş tutub.
Qeyd edək ki, Ermənistan prezidentinin mətbuat xidmətindən ötən gün bildirilib ki, müxtəlif siyasi qüvvələrin 9 mart tarixinin prezidentin Konstitusiya Məhkəməsinə müraciətinin son tarixi olduğunu düşünməsi yalnışdır. Çünki ümumiyyətlə son tarix yoxdur.