"YAP-da şöbələrin sayı arta bilər" - Elman Nəsirov
    • 11-03-2021, 12:20
    • 432

"YAP-da şöbələrin sayı arta bilər" - Elman Nəsirov

Yeni Azərbaycan Partiyasının (YAP) son qrultayında partiyanın Qadınlar Şurası ləğv edilib. Partiyadan verilən məlumata görə, YAP-da ayrıca şöbə yaradılacaq. Lakin hələlik həmin şöbənin adının nə olacağı məlum deyil.

Millət vəkili Elman Nəsirov məsələ ilə bağlı News24.az-a danışıb. O bildirib ki, YAP-ın VII qurultayı çox ciddi kadr islahatları ilə yadda qaldı:

"İlk növbədə nizamnamə dəyişildi. Yeni nizamnaməyə əsasən, İcra Katibliyi və Siyasi Şura ləğv edildi. Bundan əlavə, Qadınlar Şurası ləğv edildi və İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə qaldırıldı. Təftiş komissiyasının tərkibi isə 15 nəfərdən 13 nəfərə endirildi. Səhv etmirəmsə, hazırda 7 şöbə var. Şöbələrin sayı arta bilər. Çünki yeni hədəflər, ciddi məqsədlər və vəzifələr var:.  Elman Nəsirov hesab edir ki, Qadınlar Şurasının yerinə yaradılacaq hər hansısa şöbədə əvvəlki sahənin tənzimlənməsi prosesi həyata keçiriləcək: "Yəqin ki, yaxın bir ay ərzində bu istiqamətdə hansı addımın atılacağına şahid olacayıq".