-
- 12-03-2021, 14:07
- 818
"Evimizdəki ən qiymətli əşyalar oğurlandı"- Yaşar Nurinin bağ evi QARƏT OLUNUB- VİDEO
“Atamın təmirsiz bağ evində onun şəxsi arxivini saxlamaq üçün yer düzəltmişdik. Ona aid olan şəkillər, əsərlər itməsin deyə orada ev - muzeyi yaratmışdıq. Həmin təmirsiz bağ evində oğurluq hadisəsi baş verib”.
Bu sözləri Xalq artisti, mərhum sənətkar Yaşar Nurinin qızı Ülkər Nuriyeva News24.az-a açıqlamasında bildirib.
O deyib ki, bağdakı qarət zamanı xalq artisinə aid çox sayda əşyalar oğurlanıb: “Atamın çox sayda əşyaları oğurlanıb. Mən çox üzülərim ki, bu gün Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət ordenli sənətkar Yaşar Nurinin əşyaları belə baxımsız bağda, ortalıqda qalıb və onu oğurlayıblar. Oğurluq edən insanlara “ar olsun” deyirəm. Onlara insan da demək olmaz. O gündən özümə gələ bilmirəm. Atamın özü də, sənəti də milli sərvətdir. Dəfələrlə onun adına küçə verilməsini istəmişəm. Öz imkanım olsaydı, onun adına məktəb də açardım. Amma təəssüf ki, belə imkanım yoxdur. Atamın xatirəsi onu sevənlərin qəlbində, ürəyindədir. Nə qədər ki Azərbaycan xalqı var, Yaşar Nurinin adı yaşayacaq”.