Azərbaycanın ötən il koronavirusla bağlı səhiyyə xərcləri AÇIQLANDI
    • 16-03-2021, 11:50
    • 242

Azərbaycanın ötən il koronavirusla bağlı səhiyyə xərcləri AÇIQLANDI

Azərbaycanın ötən il koronavirusla bağlı səhiyyə xərcləri bəlli olub.

News24.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında məlumat verib. O bildirib ki, 2020-ci ildə Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar səhiyyə xərclərinə 644 milyon manat yönəldib.

Baş nazir həmçinin bildirib ki, ölkə prezidentinin sərəncamı ilə yaradılmış Koronavirusa Qarşı Mübarizə Fonduna 114 milyon manat vəsait toplanıb.