"Bu kampaniya Zəngilandan başlayıb"- NAZİR
    • 16-03-2021, 15:09
    • 409

"Bu kampaniya Zəngilandan başlayıb"- NAZİR

"Ağacəkmə kampaniyası işğaldan azad edilmiş Zəngilan rayonundan başlayıb. Bu ağacəkmə prosesi bütün ölkə üzrə davam etdiriləcək".

News24.az xəbər verir ki, Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, işğal dövründə həmin əraziləri minalandığı üçün orada kütləvi tədbirlər keçirmək mümkünsüzdür: "Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları mütəmadi olaraq bu ərazilərdə minaların təmizlənməsi prosesini aparır. Fürsətdən istifadə edib onların əməkdaşlarına da təşəkkür edirəm”.

Nazir jurnalistlərin binasının ətrafında 400-ə yaxın ağac əkildiyini də qeyd edib: "Bundan başqa 300-ə qədər ağac gətirilib. Onların arasında, nar, ərik, əzgil və s. ağacları da var. Bu ağaclar bina sakinlərinin istəyinə uyğun gətirilib. Onlar istədikləri ərazidə bu ağacları əkəcəklər. Nə qədər çox ağac əksək, o qədər də təbiətimiz canlanacaq”.