Bir ailənin beş üzvü Ağdamda minaya düşdü  - YENİLƏNDİ
    • 16-03-2021, 18:47
    • 840

Bir ailənin beş üzvü Ağdamda minaya düşdü - YENİLƏNDİ

Ağdamda minaya düşən ailə üzvlərinin adları məlum olub.

News24.az
APA-ya istinadən verdiyi xəbərə görə, onlar rayon sakinləri - Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğludur.

Hadisə zamanı Akif Hüseynovun nəvəsi Razi Nadir oğlu Hüseynov da onların yanında olub. O, yüngül xəsarət aıb. 


***

Ağdam rayonunda 5 mülki şəxs piyada əleyhinə minaya düşüb.

hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlərə məcburiköçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər. Faktla bağlı araşdırma aparılır. /Trend/