ANAMA-da YENİ TƏYİNAT
    • 19-03-2021, 13:30
    • 452

ANAMA-da YENİ TƏYİNAT

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinə müavin təyin olunub.

Agentlikdən News24.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin martın 12-də imzaladığı sərəncamla Samir Poladov ANAMA İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Onu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim edib.