-
- 24-10-2018, 18:30
- 1 071
Əlikram Bayramov 18 il öncə yazılan mahnısına klip çəkdirdi – FOTOLAR - VİDEO
Müğənni Əlikram Bayramov yeni klip və mahnısını təqdim edib.
News24.az xəbər verir ki, sözləri Hüseyn Arifə, musiqisi mərhum bəstəkar Tahir Əkbərə aid olan bəstə “Bu dünyanı sevək” adlanır. Rejissor Natiq Novruzovun ərsəyə gətirdiyi ekran işi Beynəlxalq Mətbuar Mərkəzində media nümayəndələrinə təqdim olunub.
Yeniliyi haqda danışan ifaçı bunları deyib: “Mahnı təbiət mövzusundadır və bütün dünyanı təbiəti qorumağa çalışır.
Mahnı illər öncə mənə təqdim olunanda da bəstəkar “Biz təbiəti itiririk” sözlərini demişdi”. Mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı da təqdimatda iştirak edib. O, mahnının illər öncə yazıldığını bildirib: “Tahir müəllim öz sözünü 3 notla deyə bilən bəstəkarlardan idi. Bu əsərin 15 ya 18 illik ömrü var. Çünki bu mahnı Əlikram bəyə təqdim olunanda qızımız çox balaca idi. Həmin vaxt Ə.Bayramova 4 mahnı verilmişdi. Tahir bəyin çox gözəl dyumu var idi. Buna görə də o, Əlikram bəyə inandı”.
Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov