-
- 19-03-2021, 16:12
- 527
"Azərbaycanda qadınlar arasında yoluxma daha çoxdur" - Yaqut Qarayeva
"Bugünkü sağalanların sayı öncəki günlərdə yoluxanların sayı ilə çox əlaqəlidir".
News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Yaqut Qarayeva bildirib ki, respublikamızda aktiv xəstələrin sayı 8076 olub: "Təəssüf ki, bütün dünyada olduğu kimi yoluxmaların sayında artım müşahidə edildi. Biz həkimlər "dalğa" sözündən istifadə etməyə çəkinirik. Ən çox yoluxma faizi Bakının üzərinə düşür. Pandemiyanın bütün dövründə olduğu kimi Azərbaycanda qadınların arasında yoluxma nisbi olaraq daha artıqdır.
Britaniya tərəfindən ÜST-ə məlumatı verilən Britaniya ştammı barədə onu deyə bilərəm ki, viruslarda mutasiya normal haldır. Məsələn, qripə qarşı hər il peyvənd hazırlanır. Çünki hər il mutasiyaya uğrayır. Bu, təbii prosesdir. ÜST tərəfindən bildirilən məlumatda qeyd edilir ki, son ştamm özündən əvvəlkindən daha çox yoluxa bilir. Biz çox dəqiqliklə bilirik ki, Britaniya ştammı sürətlə yayılır.
Braziliya və Cənubi Afrikada olan ştamm hələ ki, araşdırılır və xəstəliyə təsiri müəyyənləşdirilr".