Samuxda 2 azyaşlıya qarşı BİABIRÇI HƏRƏKƏT: əllərini bağladı, soyundurdu, zorladı...
    • 13-07-2018, 16:05
    • 1 180

Samuxda 2 azyaşlıya qarşı BİABIRÇI HƏRƏKƏT: əllərini bağladı, soyundurdu, zorladı...

Samux rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Fərid Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Fərid Babayev 2015-ci ilin iyun ayında Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanları otaran azyaşlı Orxan Məhərrəmova yaxınlaşıb.
Otlaq sahəsində zorakılıq
Fərid Babayev Orxan Məhərrəmova zor tətbiq edib, onu yerə yıxdıqdan sonra əllərini saman kəndiri ilə bağlayıb. Sonra o, Orxan Məhərrəmovu otlaq sahəsinin yaxınlığında "qarğılıq" adlanan yerə aparıb.
Orada Fərid Babayev Orxan Məhərrəmovun köməksiz vəziyyətindən istifadə edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, daha sonra ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Fərid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.
“Mənə borcu yaranıb”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid Babayev bildirib ki, 2015-ci ilin iyun ayında bir neçə dəfə Vüsalın nəzarətsiz qoyduqları mal-qaranın onların otlaq sahəsinə girdiklərini görüb, onlarla mübahisə edib: “Həmçinin Vüsala məxsus fərdi təsərrüfatda xurma yığımında ona köməklik etmişəm. Buna görə onun mənə zəhmət haqqı kimi 160 manat borcu olub. Həmin pulu dəfələrlə Vüsaldan istəməyimə baxmayaraq, Vüsal həmin pulu mənə verməkdən imtina edib”.
“Pulumu istədiyimə görə, mənə şər atıb”
Fərid Babayevin sözlərinə görə, həmin ilin iyulun 8-də evdə olan zaman Vüsal onlara gəlib, əsəbi halda ona oğlu Orxana qarşı uşaqbazlıq hərəkəti etdiyini bildirib: “Həmin zaman Vüsal mənə onlara getməli olduğumu dedi. Mən də Vüsala oğluna qarşı həmin hərəkəti etmədiyimi bildirdim, onlara getməkdən imtina etdim. Ümumiyyətlə, Vüsalın oğluna qarşı heç vaxt seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Vüsaldan borcumu istədiyimə görə, sonuncu mənə şər atıb”.
“Qardaşımla məni yerə yıxdı”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Orxan Məhərrəmov bildirib ki, 2015-ci ilin iyun ayının əvvəllərində, yəni 10-11 tarixlərində saat 18 radələrində qardaşı Vüqar ilə yaşadığı Samux rayonunun Kəsəmən kəndinin ərazisində yerləşən özlərinə məxsus otlaq sahəsində mal-qaralarını otaran zaman həmkəndlisi Fərid Babayev onlara yaxınlaşıb: “Fərid bizimlə salamlaşdı. Sonra bizimlə təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra Fərid məni və qardaşım Vüqarı əli ilə itələdi, bizi yerə yıxdı”.
“Məni öldürməklə hədələdi”
Orxan Məhərrəmovun sözlərinə görə, bundan sonra Fərid onun belində oturub və saman kəndiri ilə əllərini bağlayıb: “Sonra məni yaxınlıqda olan “qarğılıq” deyilən yerə apardı. Orada əynimdəki şalvarı aşağı çəkərək, mənimlə qeyri-təbii yolla cinsin əlaqədə oldu. Sonra mənə qarşı pis hərəkət etdi. Fərid bu hərəkətlərini edəndən sonra əl-qolumu açdı. O, həmin hərəkət barədə başqa şəxsə deyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi. Hətta həmin vaxt Fəridin əlində bıçaq olub və yerdən ağac parçası götürərək mənə “bunun kimi səni də qədləyərəm”, - dedi. Qorxduğumdan bu barədə valideynlərimə və başqa şəxsə deməmişəm”.
“Ağlamağımızın səbəbini soruşdu”
Orxan Məhərrəmov bildirib ki, 7 iyul 2016-cı il tarixdə saat 21 radələrində həmkəndlisi Xəlil onları görüb: “Xəlil yaxınlaşaraq mənə qarşı kənd sakinləri tərəfindən pis hərəkətlər olunub-olunmadığını soruşdu. Belə bir halı nə səbəbə valideynlərimə demədiyimi irad tutaraq məni və qardaşım Vüqarı danladı. Bundan sonra qardaşımla ağlaya-ağlaya evimizə gedərkən həmkəndlimiz Elgün bizi gördü. O, ağlamağımızın səbəbini soruşdu. Qardaşım Vüqara və mənə qarşı kənd sakinləri tərəfindən pis hərəkətlər edildiyini dedim. Eləcə də mən və qardaşım Elgünə bizə qarşı kənd sakinləri Fərid və digərləri tərəfindən edilmiş seksual xarakterli zorakılıq hərəkətləri barədə danışdıq”.
“Bundan bərk əsəbiləşdim”
Cinayət işi üzrə şahid qismində ifadə verən zərərçəkmiş Orxan Məhərrəmovun atası Vüsal Məhərrəmov bildirib ki, iyulun 8-də mal-qaranı otarmağa aparıb və saat 21 radələrində evə qayıdıb, oğlanları Vüqar və Orxanı yanına çağırıb: “Onlardan kənd uşaqlarının onlara qarşı pis hərəkətlər edib-etməmələrini soruşdum. Həmin vaxt oğlanlarım uzun müddət ərzində kənd uşaqları Fərid və digərlərinin onların əllərini zorla saman kəndiri ilə bağlayıb, onlara qarşı pis hərəkətlər etmələrini söylədilər. Fərid və Vüqarın şalvar və şortiklərinə baxdıqda onların üzərində cırılma izlərinin mövcud olduğunu gördüm. Bundan bərk əsəbiləşdim, həmin uşaqların ardınca getdım”.
Vüsal Məhərrəmov qeyd edib ki, qayınatası isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib: “Daha sonra kənd sakinləri Muradı, Bəhramı və Zəfəri özümlə həyətə gətirdim. Ona kimi isə Aley, Pərvizin valideynləri, Şükran isə dayısı ilə birlikdə artıq bizim həyətə gəlmişdilər. Arvadım Nüranə Şükranı, Aleyi və Pərvizi danlayaraq uşaqlarına qarşı nə üçün əxlaqsız hərəkətlər etmələrini onlardan soruşduq. Həmin vaxt yalnız Aley heç kəsə heç nə etmədiyini, bu hərəkəti başqa uşaqlar tərəfindən edildiyini bildirdi. Nüranə uşaqlarını hansı səbəbdən döydüyünü Xəlildən soruşdu, Xəlil isə baş verənləri bildikdən sonra Vüqar və Orxana nə üçün evdə bunları söyləmədiklərinə görə onlara irad bildirdiyini dedi”.
Vüsal Məhərrəmovun sözlərinə görə, bundan sonra o, uşaqlarla söhbət edib və onları buraxıb: “Daha sonra Fəridin yaşadığı evə getdim. Ondan nə üçün uşaqlarıma qarşı pis hərəkət etməsini soruşdum. Sonuncu etiraf edərək, oğlum Orxana qarşı yalnız bir dəfə bu hərəkəti edib”.
“Ata-baba yurdumuzdan didərgin düşməklə üzləşmişik”
Vüsal Məhərrəmov qeyd edib ki, Fərid Babayevin ifadəsində onun təsərrüfatında işləməsi, buna görə aralarında 160 manat borc yaranması, borcunu istədikdə onu verməyib, onu şərləməsi kimi göstərdikləri ağ yalan və cəfəngiyyatdır: “Fərid mənim təsərrüfatımda işləməyib. Aramızda 160 manat məbləğində borc yaranmayıb və mənim şəxsən Fəridə borcum olmayıb. Fərdi təsərrüfatımda Fəridin qardaşı Nemət işləyib. Fərid bu halı öz xeyrinə istifadə eşməyə çalışıb. Oğlanlarıma qarşı edilmiş əxlaqsız hərəkətlərə görə hətta ata-baba yurdumuzdan didərgin düşməklə üzləşmişik. Fəridin Oğluma qarşı etdiyi nalayiq hərəkətlər insanın, xüsusilə də bir valideyn kimi mənə toxunub. Bir ata kimi 160 manat borca görə, yəni borcdan yaxa qurtarmaq üçün iki azyaşlı körpə oğlan uşağımın adına belə bir yalan danışmaram”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Fərid Babayev və vəkili apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Fərid Babayev və onun vəkilini verdiyi apelyasiya şikayətləri təmin edilməyib.
Bu qərardan narazı qalan Fərid Babayevin vəkili kasasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə bu yaxınlarda baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb. Şikayətin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, Fərid Babayevin vəkilini şikayəti təmin edilməyib və Gəncə Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.