Tacikistanda poliomielit xəstəliyi yayıldı - 4 UŞAQ İFLİC OLDU
    • 24-03-2021, 12:15
    • 461

Tacikistanda poliomielit xəstəliyi yayıldı - 4 UŞAQ İFLİC OLDU

Ümumdünya Səhiyyə Təşkilatı Tacikistanda poliomielit xəstəliyinin olduğunu elan edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, təşkilatı vəziyyətin ikinci mürəkkəblik səviyyəsində olduğunu bildirərək fövqəladə hal kimi qiymətləndirib.

18 mart tarixindən etibarən Tacikistanda dövriyyədə olan peyvənd mənşəli poliovirus tip 2 (cVDPV2) ilə yoluxmuş uşaqlarda dörd iflic hadisəsinə rast gəlinib.