Putin yenə prezident seçilə bilər - QANUN QƏBUL EDİLDİ
    • 24-03-2021, 16:41
    • 480

Putin yenə prezident seçilə bilər - QANUN QƏBUL EDİLDİ

Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasda konstitusiyaya edilən dəyişikliklərə əsasən, Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin yenidən dövlət başçısı vəzifəsinə namizəd olmaq hüququ verən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

News24.az
TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Konstitusiyasının yeni müddəalarından birinə görə, eyni şəxsin prezident vəzifəsini tuta biləcəyi müddətlərin məhdudlaşdırılması mövcud dövlət başçısına şamil edilmir və əvvəlki prezidentlik müddətləri hesablanmadan yerinə yetirilir.

Beləliklə, bu, mövcud dövlət başçısına Rusiya Federasiyası Prezidenti vəzifəsini daha iki müddət əlində saxlamağa imkan verir.