Azərbaycanın XİN başçısı fransalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib
    • 25-10-2018, 13:45
    • 1 007

Azərbaycanın XİN başçısı fransalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirib.
Nazir vurğulayıb ki, Fransa Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nı dövlət kimi tanımadıqlarına dair bəyanat verib. 
O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb: "Ona da sual verdim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə Fransa hökuməti bununla bağlı tədbir görsün. Səfir dedi ki, bu məsələ barədə ölkəsinin XİN-ə məlumat göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə çatdıracaqlar".