"iPhone 13 Pro"nun ilk görüntüsü - FOTO
    • 27-03-2021, 10:57
    • 506

"iPhone 13 Pro"nun ilk görüntüsü - FOTO

İnternetdə yeni "iPhone 13 Pro"nun görüntüləri yayılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Apple"ın istehsal edəcəyi yeni telefonun dizaynını "XDA Developers" forumunun redaktoru Maks Vaynbah "Twitter" hesabında paylaşıb.

İlkin görüntüyə görə, smartfon qara, bürünc və mat mis rənglərindədir. Yeni örtük telefonda barmaq ləkələri qoymayacaq və yaddaşı 1 terabayt olacaq.

Yeni "iPhone"da 120 Hz-lik LTPO ekran və əsas kamera üçün qoruyucu şüşənin ola biləcəyi ehtimal edilir.

Vaynbahın sözlərinə görə, smartfonun daha inkişaf etmiş portret rejiminə sahib olacağı gözlənilir.

Qeyd edək ki, yeni "iPhone"un təqdimatı payıza planlaşdırılıb.