“MilliÖn” terminalları niyə işləmir? - Rəsmi açıqlama
    • 29-03-2021, 12:30
    • 1 403

“MilliÖn” terminalları niyə işləmir? - Rəsmi açıqlama

Bu gün sərnişinlər “MilliÖn”  terminalları vasitəsilə “BakıKart”a ödəniş edərkən balansın artırılmaması problemi ilə üzləşiblər. Bu barədə sosial şəbəkələrdə vətəndaşlar etirazını bildirib.

News24.az olaraq məsələni araşdırmaq üçün “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidməti ilə saxladıq. 

Qurum nümayəndəsi məsələnin nədən qaynaqlandığını belə izah edib: “Əksər aparatlarda bu problem mövcuddur. Terminallarda yenilənmə getdiyi üçün xəta baş verir. Tezliklə aradan qaldırılacaq”.