-
- 30-03-2021, 15:21
- 355
Lənkəran Yaşıllaşdırma Müəssisəsinin rəisi HƏBS EDİLDİ
Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin rəisi həbs edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, öz qanunsuz əməlləri ilə əmək və məşğulluq sahəsində dövlətin həyata keçirdiyi siyasətə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Belə tədbirlərdən biri kimi yerli icra hakimiyyəti orqanının vəzifəli şəxsinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılmışdır.
Aparılan istintaqla Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin rəisi vəzifəsində işləmiş Şaban Şəfiyevin öz vəzifə səlahiyyətlərinin icrası zəminində tabeliyində çalışan Anar Mirzəyev, rayon sakinləri Şəyyar Əliyev, Amil Məmmədov və Xoşbəxt İsrafilovun köməkçiliyi ilə ümumilikdə 15 nəfərdən ibarət ayrı-ayrı şəxslərin həmin müəssisəyə işə qəbul olunmasına dair yalan məlumatları rəsmi informasiya resursuna daxil etməklə 3 min 800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, həmin şəxslərin iş yeri olması ilə bağlı yalan məlumatlar əsasında onlara ümumilikdə 20 min 900 manat məbləğində ünvanlı dövlət sosial yardımın ayrılmasına və bununla da, büdcə vəsaitinin təyinatından kənar xərclənməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Şaban Şəfiyevin istintaqın gedişində tutduğu vəzifədən azad edilməsinə baxmayaraq, qısa müddətdə rəsmi möhürün özündə olmasından istifadə edərək gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə ümumilikdə 8 nəfər şəxslə Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaratmaqla rəsmi sənəd hesab edilən əmək müqavilələri və əmrlərin imzalanmasına nail olmasına, bununla da bilə-bilə saxta sənədlərdən istifadə edib cinayət işi üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Şaban Şəfiyev Cinayət Məcəlləsinin 294.3 (ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313 (vəzifə saxtakarlığı), 320 bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmə) maddələri, Anar Mirzəyev, Şəyyar Əliyev, Xoşbəxt İsrafilov və Amil Məmmədov isə həmin Məcəllənin 32.5,311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət almağa köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Şaban Şəfiyev barəsində məhkəmənin qərarı ilə barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə, cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /Report/