-
- 2-04-2021, 14:09
- 1 061
"İnsanlar qorunma qaydalarına ciddi ƏMƏL ETMİR" - BAŞ İNFEKSİONİST/MÜSAHİBƏ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 237 yeni yoluxma faktı qeydə alınıb. Bu statistika vətəndaşları narahat etməyə başlayıb.
News24.az olaraq mövzunun aktuallığını nəzərə alıb baş infeksionist Təyyar Eyvazovla həmsöhbət olduq.
Müsahibəni təqdim edirik:
- Son günlər yoluxma tendensiyasının artması nə ilə bağlıdır?
- Ümumiyyətlə, bütün dünyada epidemioloji vəziyyət pisləşir. Azərbaycanda da mart ayından mənfi dinamika özünü büruzə verib. Karantin qaydalarının yumşalması insanlar arasında təmasları artırdı. Bu infeksiyanın yaranmasında ən önəmli faktor təmasların intensivliyidir. Digər tərəfdən yaz fəslinin gəlməsi də aktivliyi artırıb. Bayram günlərini də xüsusi qeyd etmək istəyirəm. Bundan əlavə, fərdi qorunma qaydalarına insanlar bir o qədər də ciddi əməl etmirlər. Bu faktorların hamısı son nəticədə yoluxma hallarının sayının çoxalmasına gətirib çıxarır.
- Britaniya ştammının ənənəvi Uhan ştammından fərqi nədir?
Elmi araşdırmalar göstərir ki, Britaniya ştammının klassik koronavirusla müqayisədə yoluxdurma qabiliyyəti daha yüksəkdir. Yəni bir insan daha çox insanı bu infeksiyaya yoluxdura bilər.
- Yoluxma statistikasının iki mini keçdiyini görürük. İnsanların ənənəvi və ya Britaniya ştammına yoluxduğunu bilmək mümkündümü?
- Bunu bilmək üçün spesifik araşdırmalar aparılmalıdır. İnsanların konkret olaraq Britaniya və ya klassik ştamma yoluxduğunu müəyyən etmək üçün laborator müayinələr var. Ölkəmizdə Britaniya ştammının dövriyyədə olması, dominantlıq edib-etməməsi barədə rəsmi açıqlama yoxdur. Bu, elə bir məsələdir ki, müsahibə zamanı suala cavab vermək olmur. Xüsusi epidemioloji əhəmiyyətə malik olduğu üçün dövlət məsələ ilə bağlı rəsmi açıqlama verir.
- Koronavirusa yoluxan şəxslər əsasən hansı yaş kateqoriyasını əhatə edir?
- Kiçik yaş qruplarında yoluxma halları aşağıdır. 1-9 yaş qrupları arasında yoluxma 3 faiz, 10-19 yaş qrupları arasındaisə 6 faizdir. 30-39 və 59-69 yoluxma satistikasını əhatə edən əsas yaş qruplarıdır. İnsanlarda xroniki və ya yanaşı xəstəliklərinin olması xəstəliyin ağır keçməsinə səbəb ola bilər.
- Britaniya ştammının uşaqlar üçün təhlükəli olması ilə bağlı məlumatlar yayılır. Bu haqda nə deyə bilərsiniz?
- Bu fikirlər müxtəlif şəxslərə aiddir. Azərbaycanda son dönəmlərdə 1-9 yaş qrupları arasında xəstəliyin göstəricilərində dəyişiklik yoxdur. Artım olduğu zaman bu fikirləri təsdiqləyə bilərik.
- Koronavirusu digər kəskin respirator xəstəliklərdən necə fərqləndirmək olar?
- Bunu yalnız həkimə müraciət etməklə dəqiqləşdirmək olar. Həkim müəyyən suallar verməklə infeksiyaları ayırd etməyə çalışacaq. Əgər simptomlarla bu, mümkün olmazsa, xüsusi laborator müayinələrə ehtiyac olacaq.
- Mövcud yoluxma statistikası əsas verirmi ki, karantin rejimi daha da sərtləşsin?
- Karantin rejiminin sərtləşməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə aid məsələdir. Orada epidemioloji durum hər gün monitorinq olunur. Nəzərə almaq lazımdır ki, orada təkcə tibbi aspektlər yox, digər nüanslar (iqtisadi) da nəzərə alınır. Biz praktikada bu günə qədər görmüşük ki, insanları təcrid etmək yoluxma statistikasına müsbət təsir edir. Biz karantin rejiminin sərtləşməsini gözləməli deyilik. Özümüz həyat tərzimizi elə qurmalıyıq ki, yoluxdurma potensialını artıran təmaslara yol verməyək. Qoruyucu vasitələrdən düzgün istifadə etdiyimiz təqdirdə sərtləşdirməyə getməyə ehtiyacımız olmayacaq. Bu günə qədər elə bir üsul kəşf olunmayıb ki, epidemioloji situasiyanı müsbətə doğru dəyişsin. Vaksinasiya prosesi belə o gücə hələ çatmayıb. Müəyyən vaxtdan sonra biz bunu deyə bilərik.
Məhərrəm Əliyev
VİDEO: Hüseyn Həsənov