"Azmikroinvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Qasım Babayev vəzifəsindən azad edilib.
News24.az xəbər verir ki, BOKT-a rəhbərlik Mansur Talıblıya həvalə olunub.
Xatırladaq ki, "Azmikroinvest" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,5 milyon manatdır. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir.