Sərhədi pozub qaçmaq istəyənlər tutuldu - Foto
    • 5-04-2021, 11:09
    • 343

Sərhədi pozub qaçmaq istəyənlər tutuldu - Foto

Aprelin 3- də, saat 22:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycana hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.

News24.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən məlumatına görə, sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılıb. 
 
Saxlanılan şəxslərin İran vətəndaşı 1972-ci il təvəllüdlü Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı Xızı rayon sakini 1984-cü il təvəllüdlü Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilib, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə (865 qram “heroin”ə və 1900 qram “marixuana”ya) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.