Kinoteatrlar açılsa, bu filmləri izləyəcəyik - VİDEO
    • 5-04-2021, 13:35
    • 586

Kinoteatrlar açılsa, bu filmləri izləyəcəyik - VİDEO

Bir ildən artıqdır ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə kinoteatrların fəaliyyəti koronavirus pandemiyası səbəbilə dayanıb. Hətta film istehsalçısı olan böyük şirkətlər belə, ötən il üçün təqdimatını planlaşdırdığı ekran işlərini 1 il müddətinə təxirə salıb. Kinoteatrların yaxın zamanda açılacağına ümid etməyən şirkətlər isə məhsullarını rəqəmsal platformalar üzərindən tamaşaçıya təqdim etməyi düşünür. 

News24.az xəbər verir ki, buna misal olaraq isə “Marvel” şirkətinin “Qara dul” filmini göstərmək olar. Ekran işi 9 iyul tarixində “Disney Plus” platformasında yayımlanacaq. 

                             

1996-cı ildə ilk dəfə tamaşaçılara təqdim edilən “Kosmik cem”ə yenidən ekran həyatı verilib. “Warner Bros. Pictures” şirkəti bu il iyulun 15-də “Kosmik cem: Yeni nəsil” filmini nümayiş etdirməyi planlaşdırır. 

                             

“İntiharçılar dəstəsi 2” filminin də yay aylarında təqdim olunması nəzərdə tutulub. Rollarda Marqo Robbi, İdris Elba, Alisi Braqa, Viola Devis və başqaları yer alıb. Filmin dünya premyerası 28 iyulda baş tutacaq. 

                             

Emma Stoun, Emma Tompson, Pol Uolter Hauzer, Mark Stronq və başqaları “101 dalmatin” filminin mənfi personajından bəhs edən “Kruella”da bir araya gəliblər. Ekran işi “Disney” şirkətinə məxsusdur və 26 may tarixində seyrçilərin ixtiyarına veriləcək. 

                             

10 gün sonra əfsanəvi Entoni Hopkinsin baş rolunu canlandırdığı “Ata” filmi ekranlara gələcək. Ekran işi Böyük Britaniya və Fransa məhsuludur. 

                             

Çoxuna oyun konsollarından tanış olan “Mortal Kombat”da ekranlaşdırılıb. İlin ən çox gözlənilən filmin 23 apreldə dünya üzrə təqdimatı baş tutacaq.