“Rəmişin dəfn olunacağı yeri ailəsi müəyyənləşdirəcək” - AÇIQLAMA
    • 5-04-2021, 16:31
    • 581

“Rəmişin dəfn olunacağı yeri ailəsi müəyyənləşdirəcək” - AÇIQLAMA

Bu gün günorta saatlarında 76 yaşında dünyasını dəyişən Azərbaycanın Xalq artisti Rəmişin (Rafiq Hüseynov) harada dəfn olunacağı qərarı ailəsi tərəfindən veriləcək. 

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib: "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tanınmış musiqiçi, Xalq artisti Rafiq (Rəmiş) Hüseyn oğlu Hüseynovun vəfatından kədərləndiyini bildirir. Rafiq Hüseynovun dəfn yeri və vaxtı ailə yaxınları tərəfindən müəyyən ediləcək".