Ad günlərində tortun üzərinə niyə şam qoyulur?
    • 26-10-2018, 16:00
    • 4 811

Ad günlərində tortun üzərinə niyə şam qoyulur?

Bayram ənənələrinin çoxu qədim ayinlərə söykənir. Bəs, doğum günündə tortun üzərinə şam qoyub onu üfürmək adəti hansı tarixə dayanır?
Movqe.az xəbər verir ki, dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq, dünyanın bir çox ölkələrində yayılan bu ənənənin tarixi qədim yunanlardan gəlir.
Yunan ənənələrinə görə, dairəvi formada olan tort Günəşi əks etdirir. Üzərinə qoyulan şamların tüstüsünün isə üfləndikdən sonra tutulan arzunu Tanrıya çatdırdığına inanılır.
Ad günlərində tortun üzərinə uşağın qeyd olunan yaşından bir ədəd artıq şam qoyulurdu. Qoyulan əlavə şam uşağın gələcəyini əks etdirirdi.

//axar.az