Röya Səidənin görüntülərini PAYLAŞDI - FOTOLAR
    • 8-04-2021, 13:03
    • 556

Röya Səidənin görüntülərini PAYLAŞDI - FOTOLAR

Xalq artisti Röya Ayxan onun haqqında qalmaqallı sözlər deyən müğənni Səidə Sultanla bağlı “İnstagram”da paylaşım edib.

News24.az verir ki, müğənni Səidənin bir neçə il əvvəl lentə aldırdığı “Bağışla” klipini yayımlayıb. Röya həmkarının ünvanına "Səidə ilə 1980-ci illərə dönək? Bu gün ilk dəfə izlədim, çox bəyəndim. Gözəl işdir və zəhmət var" sözlərini yazıb.

Səidənin qarşı tərəfə reaksiyası gecikməyib. O, "Nə yaxşı ki, bu mahnı bu gecə yadına düşdü. Allah səni bağışlasın. 1980..." cavabını verib.