Dünyada ilk dəfə süni intellektin çəkdiyi rəsm satıldı
    • 26-10-2018, 18:10
    • 1 016

Dünyada ilk dəfə süni intellektin çəkdiyi rəsm satıldı

Nyu-Yorkdakı “Christie's” hərrac evi tarixdə ilk dəfə süni intellektin çəkdiyi rəsm əsərini satışa çıxarıb.

Adı açıqlanmayan alıcı süni intellektin əl işini almaq üçün 432,5 min dollar ödəyib.

Bu isə hərracın start qiymətindən 45 dəfə bahadır. Şəkil “Edmond Belaminin Portreti” adlanır. Əsəri üç fransalı tələbə hərraca çıxarıb. Onlar süni intellektin incəsənət əsərləri yaratmaq qabiliyyətini öyrənməklə məşğuldurlar.